EN

79 yaşlı ingilis milyonçusu oğul varis axtarır

İngiltərədən olan 79 yaşlı milyonçu öz nəslini davam etdirmək üçün gənc qadın axtarır.

Musavat.com xəbər verir ki, Ser Benjamin adlı varlı britaniyalı Somerset qraflığında 1300 akr ərazini əhatə edən malikanənin sahibidir. Ərazidə at tövlələri, kənd təsərrüfatı sahələri və geniş park zonası yerləşir.

Məlumata görə, yaşlı milyonçu yalnız kişi varis vasitəsilə ailə adını və mülkiyyətini davam etdirmək niyyətindədir. O, bu məqsədlə uyğun həyat yoldaşı axtarışına çıxıb və açıq şəkildə bildirib ki, ailə quracağı qadın ona oğul varis dünyaya gətirməlidir.

Britaniya mediasının yazdığına görə, Ser Benjaminin bu qərarı ictimaiyyətdə maraq və müzakirələr doğurub. Bəziləri onun addımını “köhnə aristokrat düşüncəsinin təzahürü” kimi qiymətləndirir. 

 

Musavat.com

Chosen
31
musavat.com

1Sources