EN

YouTube köhnə videoların keyfiyyətini süni intellektlə yaxşılaşdıracaq

Populyar videoplatforma YouTube “Super Resolution” adlı yeni süni intellekt funksiyasını istifadəyə verir.

Musavat.com xəbər verir ki, bu xüsusiyyət köhnə videoların görüntü keyfiyyətini avtomatik şəkildə 1080p səviyyəsinə qədər qaldıra biləcək — hətta video ilkin olaraq 240p formatında yüklənmiş olsa belə.

Platforma bildirir ki, orijinal fayllar saxlanılacaq, müəlliflər isə istəsələr bu təkmilləşdirmə funksiyasını söndürmək imkanı əldə edəcəklər. 

Məlumata görə, YouTube gələcəkdə süni intellekt texnologiyası vasitəsilə videoların keyfiyyətini 4K səviyyəsinə qədər artırmaq, eləcə də önizləmə şəkillərini (prevyu) daha yüksək dəqiqlikdə yeniləmək planını da həyata keçirməyi nəzərdə tutur. 

 

Musavat.com

Chosen
27
musavat.com

1Sources