Braziliyada yarasalarda aşkarlanan yeni koronavirusu Rospotrebnadzor izləyir, insanlara ötürülmə riski isə aşağı qiymətləndirilir.
Publika.az xəbər verir ki, bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Braziliya alimləri həşərat yeyən yarasalarda yeni koronavirus növü - BRZ batCoV aşkar ediblər. Genetik analiz onun COVID-19-a səbəb olan patogenləri özündə birləşdirən beta-koronavirus cinsinə aid olduğunu müəyyən edib.
Braziliyalı tədqiqatçılar vurğulayırlar ki, hazırda yeni virusun insanlar üçün təhlükə yaratdığına dair heç bir dəlil yoxdur.