EN

ABŞ Senatı Trampın qlobal rüsumların bloklamağa səs verib

ABŞ Senatı Trampın qlobal rüsumların bloklamağa səs verib

ABŞ Senatı 51-ə qarşı 47 səslə ölkə prezidenti Donald Trampın qlobal rüsumlarını bloklamaq və Konqresin ticarət sahəsindəki səlahiyyətlərini bərpa etmək qərarını qəbul edib.

AFN.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qərarın qəbul edilməsi üçün sadə səs çoxluğu kifayət edir. 47 demokratla yanaşı, dörd respublikaçı senator da təşəbbüsü dəstəkləyib. Onların arasında Kentukkidən senatorlar Mitç Makkonnell və Rend Pol, eləcə də Alyaskadan Liza Murkovski və Men ştatından Syuzan Kollinz yer alıb.

Respublikaçılardan Erik Şmitt (Missuri) və Rodcer Uikker (Missisipi) səsvermədə iştirak etməyiblər. Bu, bu həftə demokratların Trampın tarif siyasətinə qarşı irəli sürdüyü üçüncü “imtiyazlı qətnamə” olub.

Braziliya və Kanada üçün nəzərdə tutulan tariflərin ləğvini ehtiva edən əvvəlki təşəbbüslər kimi, bu qərar da əsasən simvolik xarakter daşıyır, çünki respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında dəstək alacağı gözlənilmir.

Chosen
53
afn.az

1Sources