EN

“Yuventus”in yeni baş məşqçisini açıqladı – RƏSMİ

“Yuventus” yeni baş məşqçisinin adını açıqlayıb. Msport.az xəbər verir ki, Turin klubu Luçano Spalletti ilə anlaşıb.

66 yaşlı mütəxəssislə 2026-cı ilin iyununa kimi müqavilə bağlanıb.

“Yuventus” 9 turdan sonra 15 xalla A seriyasında 7-ci yeri tutur.

Qeyd edək ki, Spalletti son olaraq İtaliya millisini çalışdırıb. O, yığmada 2023-cü ilin sentyabrından 2025-ci ilin iyununa kimi işləyib.

Təcrübəli məşqçi buna qədər “Napoli”, “İnter”. “Roma” və “Zenit”ə rəhbərlik edib. O, Neapol klubu ilə İtaliya çempionu olub.

Chosen
23
msport.az

1Sources