EN

Serbiya millisinin baş məşqçis bilindi

Serbiya Futbol İttifaqı milli komandanın yeni baş məşqçisini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, milli komandanın "sükanı arxasına" Velko Paunoviç gətirilib.

Paunoviç son olaraq İspaniyanın “Real Ovyedo” klubunu çalışdırıb və komandayı uzun illər sonra Sequndadan La Liqaya yüksəldib.

Milli komandaya noyabr ayında vacib oyunlar gözləyir: 13 noyabrda İngiltərə səfərdə, 16 noyabrda isə Latviyaya qarşı evdə mübarizə aparacaqlar. Hazırda Serbiya seçməsi seçmə qrupunda 10 xalla 3-cü pillədədir və ikinci yerə yalnız bir xal geridə qalır.

Qeyd edək ki, Serbiya millisinin əvvəlki baş məşqçisi Dragan Stoykoviç oktyabr ayında Albaniya üzərindəki məğlubiyyətdən sonra istefaya göndərilmişdi.

Chosen
19
90deqiqe.az

1Sources