EN

Elon Maskın atasına unikal təklif: Görün hansı ölkənin vətəndaşı ola bilər

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerikalı milyarder Elon Maskın atası, iş adamı Errol Mask Rusiya vətəndaşlığını almaq istədiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bunu TASS-a verdiyi müsahibədə deyib.

“Bəli. Niyə də yox? Bu, mənim üçün böyük şərəf olardı”, – Errol Mask bu barədə verilən sualı cavablandırıb.

79 yaşlı Errol Mask Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub. O, elektrik mühəndisliyi üzrə təhsil alıb. İki dəfə evlənib. Onun anası ingilis, atası isə cənubi afrikalı olub.

Xatırladaq ki, iyun ayında böyük Mask forumda iştirak üçün Rusiyaya səfər edib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
globalinfo.az

1Sources