EN

"Shell"in baş direktoru neftin qiyməti ilə proqnozunu açıqladı

2026-cı ildə neft bazarında profisit olacağı ehtimal edilir, bu da qara qızılın qiyməti ilə bağlı müzakirələr səbəb olub.

"Ölkə.az" xəbər verir ki, "Shell" şirkətinin baş direktoru Vael Savan investorlarla keçirilən konfransda bildirib ki, uzunmüddətli perspektivdə neft qiymətlərinin artacağına əmindir.

O, birinci və ikinci rüb ərzində Çin anbarlarının dolduğunu, eləcə də "su üzərində" daha çox neftin olduğunu və bunun da artıq təklifin bir hissəsini kompensasiya etdiyini qeyd edib.

Savan həmçinin "müşahidə olunan makroiqtisadi və geosiyasi reallığın qiymətləri artırdığını" vurğulayıb.

"Düşünürəm ki, qısa və orta müddətdə əks təsirlər var. Uzunmüddətli perspektivdə isə biz neft qiymətlərinin artmasına, eləcə də mayeləşdirilmiş təbii qazın qiymətində artıma əmin ola bilərik", o vurğulayıb..

Elvin 

Ölkə.az

Chosen
33
1
olke.az

2Sources