Lukas Paketa yanvar ayında "Vest Hem"dən ayrılmaq istəyir.
Apasport.az xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi daha iddialı klubda çıxış etmək niyyətindədir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Paketa Premyer Liqanın başqa klubuna keçə bilər. "Mançester Yunayted" 28 yaşlı futbolçunun xidmətində maraqlıdır.
"Qırmızı şeytanlar" təcrübəli oyunçunu qışda transfer etmək istəyir. Onlar artıq "sambaçı"nın klubu ilə əlaqə saxlayıb və tələb olunan təzminatın məbləği ilə bağlı məlumat istəyiblər.
Qeyd edək ki, "Vest Hem" Lukas Paketanı 2022-ci ilin yayında "Lion"dan 43 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 3 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Adı mərc oyunlarında hallanan hakimdən açıqlama: "Nə indi, nə də əvvəl..."
Avropa nəhəngi Viktor Osimheni istəyir
Liqa 1: PSJ səfərdən 1 xalla dönür
İtaliya A Seriyası: "Yuventus" və "Roma"dan qələbə
Eden Hazard Premyer Liqanın Şöhrət Zalına daxil edilib