EN

Hərbi ekspert: Nüvə eskalasiyası bəşəriyyəti qorxulu istiqamətə aparır

ain.az, Reyting.az saytına istinadən bildirir.

“Dünyadakı proseslər, xüsusilə nüvə sahəsində baş verənlər nüvə eskalasiyası yaradır. Bu, dünya və insanlar üçün xoş olmayan və təhlükəli prosesdir”.Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə ABŞ prezidenti Donald Trampın Pentaqona təcili nüvə sınaqlarına başlamaq əmri verməsini şərh edərkən deyib.Hərbi ekspert bildirib ki, nüvə eskalasiyasına ilk olaraq Rusiya başlayıb. Onun sözlərinə görə, həm Rusiya prezidenti Vladimir Putin, həm də Rusiya Təhlükəsizlik Şurasının üzvü Dmitri Medvedev tez-tez Qərbi nüvə silahı ilə təhdid edib.“Rusiya bu yaxınlarda “Burevestnik” raketini də sınaqdan keçirib. Kremlin təbliğatını aparan media bunu yüksək silah kimi xarakterizə edib, ona nüvə başlıqlarının yerləşdirilməsi haqda fikirlərə yer verib. Nəzərə almalıyıq ki, “Burevestnik” raketi nüvə başlığı olmadan belə nüvə reaktoru enerjisi ilə uçur. Yəni nüvə enerjisi onun hərəkətlənməsinə və uçmasına səbəb olur. Bu o deməkdir ki, raket hətta nüvə başlığı olmadan uçursa harasa düşməlidir və bu zaman nüvə enerjisi ilə işlədiyinə görə, kiçik partlayış olacaq. Qısası, bu, bir növ uçan Çernobıldır”,- deyə A. İsazadə əlavə edib.Hərbi ekspert xatırladıb ki, bu raketdən öncə ruslar “Oreşkin” adlı nüvə başlığı daşıya biləcək raketi təqdim ediblər: “Hətta bu raket nüvə başlığı qoyulmadan Ukrayna şəhərlərinə atılıb. Düzdür, raket ümumilikdə uğursuzdur, amma nüvə başlığı daşıya biləndir. Bütün bunlar göstərir ki, Moskva daha çox nüvə termininə müraciət edib və eskalasiyanı tətikləyib”.A. İsazadənin fikrincə, bütün bunlardan sonra ABŞ prezidentinin Pentaqona nüvə sınaqları keçirməklə bağlı göstəriş verməsi açıq mesajdır. Müsahibimiz qeyd edib ki, buna qədər Rusiya nüvə silahı ilə dünyanı şantaj edir, hədə-qorxu gəlirdi. Donald Tramp isə bu addımı ilə Rusiyaya “bizə xox gələ bilməzsən, nə imkanın varsa, buyur, sınaqdan keçir”,- deyir.“Amma bütün bunlarla yanaşı dünyada nüvə eskalasiya inkişaf edir. Məsələn, bir müddət əvvəl Böyük Britaniya elan etdi ki, əgər müharibə başlayarsa, Almaniyanı nüvə çətiri altına alacaq və müdafiə edəcək. Eyni zamanda, Fransa bildirdi ki, Avropanı nüvə çətirinə daxil edəcək. Biz görürük ki, nüvə dövləti olan İsrail Qəzzada müharibə aparır. Nüvə başlıqları olan Hindistan və Pakistan arasında konflikt var, daima hərbi baxımdan üz-üzə gəlirlər. Şimali Koreya tez-tez raket sınaqları keçirir, İran isə nüvə texnologiyasını inkişaf etdirmək proqramından əl çəkmir. Zahirdə sakit duran Çindir, amma o da öz nüvə texnologiyasını daima sazlayır. Qısası, BMT-ni yaradan nüvə dövlətləri indi dünyada nüvə eskalasiyası ilə məşğuldur. Təssüflər olsun ki, bu, bəşəriyyəti yaxşı istiqamətə aparmır”,- deyə A. İsazadə yekunlaşdırıb.Nemət ORUCOVReyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
reyting.az

2Sources