EN

Bu svetofor şagirdlərə görə sürücüləri 11 dəqiqə gözləməyə məcbur edir - FOTO

Xeyir, bu svetofor Azərbaycanda deyil, İsveçrədədir. 

Avtosfer.az xəbər verir ki, Nöşatel kantonundakı Kolombye kommunasındakı svetofor təkcə İsveçrə deyil, bütün Avropada ad çıxarıb. Səbəb də budur ki, svetoforun qırmızı işığı sürücüləri 11 dəqiqə gözləməyə məcbur edir. 

Svetoforun quraşdırıldığı yol ayrıcında məktəb və idman kompleksi yerləşir. Yol boyunca isveçrəlilərin sevimli nəqliyyatı olan tramvay xətti keçir. Svetofor tramvaya yol açır, məktəbdən və idman zalından çıxan piyadaların təhlükəsiz keçidini təmin edir. Yalnız bundan sonra, avtomobillərə növbə çatır. Bəzi sürücülər səbri çatmadığı üçün qırmızı işıqda keçir. 

Yerli ekspertlər bildirirlər ki, hüquq baxımından heç bir qayda pozuntusu yoxdur. Qanun svetoforun işığının yanma müddəti üçün limit təyin etmir.

Lakin, alqoritmi dəyişərək sürücüləri daha az gözlətmək mükündür.

Vüqar

FOTO QALEREYA
Chosen
24
1
avtosfer.az

2Sources