Estoniya xarici işlər naziri Marqus Tsahkna sabah Türkiyəyə səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Tsahkna sabah Türkiyə səfərində xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.
Bildirilib ki, görüş zamanı Fidan Türkiyə ilə Estoniya arasında hərbi münasibətlər və müdafiə sənayesi sahəsində əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə edəcək. Həmçinin, onun Türkiyənin Avropa təhlükəsizlik arxitekturasındakı strateji rolunu vurğulaması və Türkiyə-Aİ münasibətlərinin gündəliyindəki prioritet məsələləri, Gömrük İttifaqının yenilənməsi və Viza Liberallaşdırma Dialoqunun tətbiqi məsələlərini müzakirə etməsi gözlənilir.
 
                        