EN

“Real Madrid” UEFA-dan 4 milyard avrodan çox təzminat tələb edəcək


İspaniyanın “Real Madrid” klubu Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) təzminat tələb etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Madrid klubu yaxın vaxtlarda 4 milyard avrodan çox təzminat tələbi ilə məhkəməyə müraciət etməyi planlaşdırır.
“Real Madrid”in işə götürdüyü mütəxəssislərin hazırladığı sənədlərə görə, klub 4,5-4,7 milyard avro itirib.
Bu, həmçinin ispaniyalı futbolçuların matçlardan, yayımlardan və kommersiya fəaliyyətlərindən əldə etdiyi gəlirləri də nəzərə alır.
Qeyd edək ki, bundan əvvəl Madrid Əyalət Məhkəməsi UEFA-nın Super Liqa məsələsində Aİ-nin yarış qaydalarını ciddi şəkildə pozduğunu müəyyən edib.
Chosen
21
yeniavaz.com

1Sources