“Dünya başqa bir pandemiya ilə üzləşəcək, lakin onun COVID-19 ilə eyni təsirə malik olmasına icazə verilməməlidir”.
Busaat.az xəbər verir ki, bu barədə İspan epidemioloqu, Səhiyyə Nazirliyi yanında Səhiyyə Xəbərdarlığı və Fövqəladə Halların Koordinasiyası Mərkəzinin direktoru Fernando Simon deyib.
Pandemiyaya bənzər bir vəziyyətin yenidən baş verə biləcəyi ilə bağlı suala o, bəli cavabını deyib:
“Tarix bizə göstərir ki, biz bundan sağ çıxacağıq. Bilmirəm, bir ildən sonra olacaq, yoxsa 30 ildən sonra. Biz növbətinin eyni nəticələrin olmasına icazə verə bilmərik. Biz təsirin azaldılmasını təmin etməliyik, lakin ictimaiyyətin risk qavrayışının eyni qalmasını təmin etməliyik”,-deyə Simon qeyd edib.
Yeganə
 
                        