EN

Nizamidə əməliyyat: 66 kq narkotik vasitə dövriyyədən çıxarıldı

Bakı. Trend:

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlarkeçirilib.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə 66 kiloqram 325 qram narkotik vasitəninsatışının qarşısı alınıb.

Əməliyyat zamanı əvvəlcə 38 yaşlı Samir Səidov qeyd ediləncinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 41kiloqram 575 qram narkotik vasitə marixuana aşkarlanıb.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanıisə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən dahabir nəfər - 40 yaşlı Samil Qədiyev də saxlanılıb. Onun üzərindən,idarə etdiyi “Hyundai” markalı avtomobildən və yaşadığı evdənümumilikdə 24 kiloqram 750 qram marixuana, eləcə də psixotroptərkibli metadon həbləri aşkarlanıb.

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları iləcinayət əlaqəsinə girərək narkotikləri qanunsuz yollarla əldəetdikləri və Bakı şəhərində satışını təşkil etməyiplanlaşdırdıqları məlum olub.

Faktlarla bağlı Nizami RPİ-də cinayət işləri başlanılıb,araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarıtərəfindən fasiləsiz mübarizə davam etdirilir.

Məqalədə:
Chosen
14
43
az.trend.az

10Sources