BAKI, 30 oktyabr. TELEQRAF
“Qərb Rusiyanın nüvə enerjisi ilə işləyən “Poseydon” sualtı gəmisindən istifadə etməsini istəmirsə, Prezident və Ali Baş Komandan Vladimir Putinə təzim etməyə hazırlaşmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyacheslav Volodin deyib.
“Burevestnik”in yaradılması “Poseydon”a sınaqların keçirilməsinə imkan verdi, bu silahın bənzəri yoxdur. Prezident bu layihənin həyata keçirilməsini başlanğıcdan sonacan müşayiət edib, nəticəni görürük. Bu gün xaricdə bizə ziyan vuranlar bu silahın tətbiq olunmaması üçün Ali Baş Komandanımıza baş əyərək getməyə hazırlaşmalıdırlar”, - Volodin bildirib.
 
                        