EN

Türkiyə alacağı “Eurofighter Typhoon” təyyarələrinin qiymətini AÇIQLADI

Türkiyə Müdafiə Nazirliyi “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması ilə bağlı müqavilənin dəyərini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri, kontr-admiral Zeki Aktürk bildirib.

Onun sözlərinə görə, bu proqram Kral Hərbi Hava Qüvvələri Komandanlığının (RAFCOM) əməliyyat tələblərini qarşılamaq məqsədi daşıyır.

“27 oktyabr 2025-ci ildə Böyük Britaniya hökuməti ilə Kral Hərbi Hava Qüvvələri Komandanlığına yeni istehsal olunmuş “Eurofighter Typhoon” təyyarələrinin, döyüş texnikasının və müxtəlif sursatların tədarükü üçün müqavilə imzalanıb”, – deyə Aktürk bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində 20 ədəd yeni “Eurofighter Typhoon” təyyarəsinin və müxtəlif silah-sursatların alınması planlaşdırılır. Müqavilənin ümumi dəyəri təxminən 5,4 milyard funt sterlinq təşkil edir.

Musavat.com

Chosen
5
musavat.com

1Sources