EN

Si Cinpin Cənubi Koreyaya rəsmi səfər edib

Missiya.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) İqtisadi Liderlərinin 32-ci Toplantısında iştirak etmək məqsədilə Cənubi Koreyanın Busan şəhərinə səfər edib.

Missiya.Az xəbər verir ki, sammit 31 oktyabr – 2 noyabr tarixlərində Kyoncu şəhərində keçiriləcək. Toplantıda üzv ölkələrin liderləri regional iqtisadi əməkdaşlıq, sərbəst ticarət, rəqəmsal iqtisadiyyat və dayanıqlı inkişaf kimi məsələləri müzakirə edəcəklər.

Si Cinpinin səfəri çərçivəsində Cənubi Koreya Prezidenti Li Çje-Men ilə ikitərəfli görüşü də planlaşdırılır. Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, texnologiya, enerji və mədəni mübadilə sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.

Qeyd edək ki, APEC sammiti Asiya-Sakit okean regionunda iqtisadi inteqrasiyanın gücləndirilməsi və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin artırılması məqsədi daşıyır.

Seyranə QuliyevaMissiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
26
missiya.az

10Sources