EN

"Azərbaycanda hiss olunan zəlzələlər ola bilər" - Seysmoloqdan açıqlama

Son günlər Türkiyədə ard-arda baş verən zəlzələlər regionda seysmik fəallığın artması ilə bağlı narahatlıqları gündəmə gətirib. Xüsusilə də qonşu ölkələrdə bu proseslərin hansı dərəcədə təsir göstərə biləcəyi barədə suallar yaranır. Bəs bu, Azərbaycana təsir edə bilərmi?

Mövzu ilə bağlı danışan seysmoloq Qulam Babayev Missiya.Az-a açıqlamasında bildirib ki, zəlzələnin Azərbaycana birbaşa təsiri yoxdur, lakin ölkənin regionun daxilində yerləşdiyi üçün tam sabit qalması da mümkün deyil:

Seysmoloq qeyd edib ki, ətraf ocaqlar yenidən aktivləşə bilər:

"Hiss olunan zəlzələlər ola bilər. Amma burada bir fərq var. Türkiyənin ərazisində yerdəyişmə sürətləri və prosesləri bizdən daha da aktivdir. Bizdə də yerdəyişmə prosesləri baş verir. Sadəcə onun sürəti o qədər intensiv deyil ki, o dərəcədə güclü və yüksək səviyyədə hiss olunan zəlzələlər baş versin.

Amma Azərbaycan nəhəng tektonik regionun daxilindədir. Fizika qanunlarına da ziddir ki, əgər bir regionda bir-biri ilə əlaqədar tektonik bloqlar əmələ gəlirsə, digər bloq sabit durumda qala bilməz.”

Seyranə Quliyeva

Missiya.Az

Chosen
14
1
missiya.az

2Sources