EN

Sosial medianın ədəbi dili danışıq dilimizə necə təsir edir?- VİDEO

Sosial media üzrə ekspert Fərid Ağazadə, müasir dövrün ən aktual mövzularından biri olan sosial medianın dilə təsiri barədə bir çox araşdırmalar aparmış və fikirlərini geniş müzakirə etmişdir. O, sosial medianın dilin inkişafına həm müsbət, həm də mənfi təsir göstərdiyini vurğulayır.

 

News365.az xəbər verir ki, Fərid Ağazadə sosial media platformalarında istifadə edilən qısa və yığcam ifadələrin, gənc nəsil arasında danışıq dilində çox sürətlə yayıldığını qeyd edir. Ancaq o, bu dil formalarının ədəbi dilin zənginliyini azaldığını düşünür.

"Sosial medianın dili, təbii ki, dilin təkmilləşməsini təmin edir, lakin bu inkişafın nə qədər sağlam olması mübahisəlidir. Sosial mediada istifadə edilən qısa sözlər, emotikonlar və qısaltmalar, dilin daha təbii və sürətli istifadəsinə imkan yaratsa da, eyni zamanda dilin doğru və düzgün istifadəsini təhdid edir" — deyə bildirir.

 

Ağazadə, sosial medianın gətirdiyi bu dəyişikliklərin yalnız dilə deyil, həm də insanın ünsiyyət vərdişlərinə təsir etdiyini qeyd edir. Onun sözlərinə görə, insanların gündəlik həyatında istifadə etdiyi ifadələr, həm də onların mədəniyyətini və dünyagörüşünü əks etdirir. Bu isə dilin yalnız kommunikasiya vasitəsi deyil, həm də bir mədəniyyət elementinə çevrildiyini göstərir.

 

Sosial media dilinin "daha sürətli və daha az formal" olmasını doğru və normal qəbul etsə də, ədəbi dilin qorunmasının vacibliyini vurğulayan Fərid Ağazadə, sosial media və ənənəvi ədəbi dil arasında balansın qorunmasının vacibliyini bildirir.

Daha ətraflı aşağıdakı videoda:

News365.az


Chosen
20
news365.az

1Sources