EN

Bu şirkətlər maliyyə hesabatlarını açıqladı

"Microsoft", "Meta" və "Alphabet"in gəlirləri iyul–sentyabr dövründə artım göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Buna əsasən, "Microsoft"un gəliri iyul–sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 77,7 milyard dollara yüksəlib. Şirkət ötən ilin eyni dövründə 65,6 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti də həmin dövrdə 12 faiz artaraq 27,7 milyard dollara çatıb. Keçən ilin eyni dövründə bu göstərici 24,7 milyard dollar olmuşdu.

Hər səhmə düşən mənfəət isə bu dövrdə 3,30 dollardan 3,72 dollara yüksəlib.

 "Facebook", "Instagram" və "WhatsApp"ın   sahibi olan Meta da 2025-ci ilin üçüncü   rübünə dair maliyyə hesabatını açıqlayıb.

Məlumata görə, şirkətin gəliri üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq 51,2 milyard dollara yüksəlib. "Meta" ötən ilin eyni dövründə 40,6 milyard dollar gəlir əldə etmişdi.

Lakin şirkətin xalis mənfəəti bu ilin üçüncü rübündə 83 faiz azalaraq 2,7 milyard dollara düşüb. Keçən ilin eyni dövründə "Meta" 15,7 milyard dollar xalis mənfəət açıqlamışdı.

Şirkətin ötən ilin üçüncü rübündə 6,03 dollar olan hər səhmə düşən mənfəəti, bu ilin eyni dövründə 1,05 dollara enib.

Meta, bu ilin dördüncü rübündə 56 milyard dollar ilə 59 milyard dollar arasında gəlir gözlədiyini bildirib.

 "Alphabet" də 2025-ci ilin üçüncü rübünə   dair maliyyə hesabatını açıqlayıb.

Məlumata görə, şirkətin gəliri ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 102,3 milyard dollara yüksəlib. Şirkət 2024-cü ilin üçüncü rübündə 88,3 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti də üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 35 milyard dollara çatıb. "Alphabet" keçən ilin eyni dövründə 26,3 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin ötən ilin üçüncü rübündə 2,12 dollar olan hər səhmə düşən mənfəəti, bu ilin eyni dövründə 2,87 dollara yüksəlib.

Chosen
18
operativmm.az

1Sources