EN

Yadigar Muradov süni nəfəs aparatına qoşuldu

Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov süni nəfəs aparatına qoşulub.

Bu barədə teatrın direktor müavini Azad Məmmədov məlumat verib.

O, Yadigar Muradovun səhhətinin stabil olduğunu bildirib: "Reanimasiyadadır, az-az hərəkət edir. Həkimlər çalışır. Əminik ki, aparılan müalicə effekt verəcək. Əsas odur ki, Yadigar müəllimin səhhəti qaydasına düşsün".

Qeyd edək ki, Yadigar Muradov bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. İki dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib. 

Hazırda aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəbəsində müalicə alır./qaynarinfo

Chosen
21
16
musavat.com

10Sources