EN

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artıb

2025-ci ilin sentyabr ayının sonunda Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəmə kartlarının sayı 21 milyon 368 min ədəd olub. Bu, ötən aya nisbətən 239 min ədəd artım deməkdir.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, kartların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.

Debet kartlarının sayı 16% artarkən, kredit kartlarının sayı 7% azalıb. Bu dinamika ölkədə nağdsız ödənişlərin daha da genişlənməsinə xidmət edir.

Fuad Mədətov
Finss.az

Chosen
1
18
fins.az

10Sources