EN

“İnşallah, noyabrın 2-də bütün futbol ictimaiyyəti görəcək” – nəyi?

“Turan Tovuz”un əsas fanklubu “Ultras Turan” komandanın Tovuza qayıtması xəbərinə çox sevinir.

Azarkeşlər 10-cu turda Tovuza lider kimi dönən komandalarına hansı şəkildə dəstək verəcəklər? Fanklubun rəhbəri Kamal Saqqayev sualımızı cavabladı: “Çoxdan bu günü gözləyirik. Doğma rayonumuza qayıdırıq. Həm də lider kimi. Həmişəki kimi ajiotaj yaşanacaq. Bəli, komandamıza sürprizlərimiz var. Amma sürpriz kimi qalsa, yaxşıdı. İnşallah, noyabrın 2-də bütün futbol ictimaiyyəti görəcək”.
MÜZƏFFƏR QULUZADƏ
Chosen
21
2
football-plus.az

3Sources