EN

Yanvar-sentyabr aylarında 34,1 milyon dollarlıq xurma ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 34,1 milyon dollar dəyərində 47,7 min tondan çox xurma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 17,1 faiz, həcmi isə 26,6 faiz artıb.

Cari ilin ilk 9 ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 0,18 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,29 faizə bərabər olub.

Chosen
36
1
vergiler.az

2Sources