BAKI, 30 oktyabr. TELEQRAF
Türkmənistanın İrandakı səfirliyi Tehranda BMT-nin 80 illik yubileyinə həsr olunmuş konfransda iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.
Müzakirələr zamanı iştirakçılar BMT-nin beynəlxalq əlaqələrə verdiyi töhfə, cari layihələri və İranla əməkdaşlıq imkanlarını müzakirə ediblər.
 
                        