Ermənistanın Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumundakı çıxışında bəyan edib ki, Ermənistan-Türkiyə sərhədinin açılması və ölkələr arasında diplomatik münasibətlərin qurulması zaman məsələsidir. "Bunun üçün indi heç bir ciddi maneə yoxdur. Bunun nə qədər tez baş verəcəyini deyə bilmərəm", - Baş nazir vurğulayıb. N.Paşinyan əminliklə qeyd edib ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və tərəflər arasında normal qonşuluq münasibətləri yaranacaq.
Mətləb