Türk dövlətləri ümumtürk patent təşkilatının yaradılması istiqamətində iş aparır. Bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda bildirib.
Bijanovanın sözlərinə görə, bu təşəbbüs ötən ilin iyununda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb və qardaş dövlətlər tərəfindən dəstəklənib.
“Hazırda müvafiq sÉ™nÉ™dlÉ™rin konsepsiyasının razılaÅŸdırılması üzrÉ™ təşkilati mÉ™sÉ™lÉ™lÉ™r hÉ™yata keçirilir. Onun yaradılmasından sonra ilk strateji layihÉ™ kimi ümumtürk vahid brendinin qeydiyyatı simvolik addım olardı,” – Bijanova vurÄŸulayıb.
Nazir müavini bildirib ki, belə bir brend türk dövlətlərinin iqtisadi və mədəni potensialının beynəlxalq arenada tanıdılmasına mühüm töhfə verəcək.
“Bu, bizÉ™ Çin, Avropa, Hindistan vÉ™ Afrika bazarlarına çıxış imkanı yaradardı,” – o É™lavÉ™ edib.
Bijanova həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Avrasiya ticarətində artan roluna diqqət çəkib.
“Son beÅŸ il É™rzindÉ™ bu marÅŸrut üzrÉ™ É™mtəə dövriyyÉ™sini 6 dÉ™fÉ™ artırmışıq. Keçən ilin yekunlarına görÉ™, dövriyyÉ™ 4,5 milyon ton təşkil edib. İlin sonuna qÉ™dÉ™r bu rÉ™qÉ™mi 5 milyon tona çatdırmağı planlaÅŸdırırıq,” – o qeyd edib.
Gülnar Nazimqızı
 
                        