Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 1,58% artaraq 66,24 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,21 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.