Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti - sonuncu oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komandamız üçüncü oyununda meydan sahibi Moldova ilə qarşılaşacaq.
Sözügedən ölkənin paytaxtı Kişinyov şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.
Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk iki görüşdə Uelsə 0:7, Kosovaya isə 0:6 hesabı ilə uduzub. Başqa sözlə, yığmamız nəinki qələbə və ya xal qazana bilib, qol hesabını belə aça bilməyib.
Avropa çempionatı
B Liqası, I qrup
30 oktyabr
15:00. AzÉ™rbaycan (U-17) - Moldova (U-17) 
HakimlÉ™r: Uqne Åžmitayte, Deymante Bikute (hÉ™r ikisi Latviya), Tiyana Krstiç (Serbiya), Brit Braqadottir (İslandiya). 
KiÅŸinyov. "Zimbru" stadionu.