EN

Kino ulduzu özünü müğənnilikdə sınayacaq

Yazını böyüt
Yazını kiçilt

Amerikalı aktyor Robert Pattinson və dostu, bəstəkar Markus Foster tərəfindən yazılmış mahnılar ABŞ-nin Bəstəkarlar, Müəlliflər və Naşirlər Cəmiyyətinin (ASCAP) məlumat bazasında yer alıb.

Hafta.az xəbər verir ki, aktyorun pərəstişkarları bu mahnıların onun debüt albomundan parçalar ola biləcəyini ehtimal edirlər. İndiyədək Pattinsonun 14 mahnısı məlumat bazasında qeydiyyatdan keçib.

Xatırladaq ki, aktyor əsasən "Alatoranlıq" ("Twilight") silsiləsindən olan filmləri sayəsində məşhurlaşıb.

Chosen
18
1
hafta.az

2Sources