Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işləri başlayır.
MilliYol.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir. Köhnə binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır.
Â
Layihəni həyata keçirən "Kursus Nizami" MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni, 16 mərtəbəli binalar əvəzləyəcək.
Â
Qeyd olunub ki, sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.
Â
Məlumat üçün bildirək ki, paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.
Â
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Â