EN

50 nəfərlik heyəti ilə Peykanlı qəbirstanlığındakılara bənzəyənlər

Xalq şairi Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında çəkilən "Yeddi oğul istərəm" filmindən bir səhnəni xatırlamaq istəyirəm. Komsomol Bəxtiyar silahdaşları ilə Peykanlı qəbirstanlığında Çalpapaq Kərəmi dəfn edərkən Şəkər bəy başının dəstəsi ilə ora gəlir. Silahlıları sayan Mürşüd Gəray bəyə deyir:
-On iki oldular bəy.
Ardınca isə say artmağa başlayır. Bunu görən Gəray bəy-canavar tək qalanda başına çaqqal-çuqqal yığışar deyir. Aralarında davam edən qısa gərgin söhbətdən sonra silaha əl atırlar. Komsomol Mirpaşanın ay sən öləsən deyib, bəyin papağını bir güllə ilə yerə salması daha onun hökümranlığının sona çatdığını ifadə edir.
Zamanla ölkəmizdə dövlətin etibar və inamından istifadə edib at oynadanlar çox olub. Vətənə xəyanət etdikləri üçün aqibətləri də məlumdur. Son hadisələr onu deməyə əsas verir ki, bəzi yüksək vəzifə sahibləri baş verənlərdən dərs çıxartmır. Ramiz Mehdiyevin əməlləri isə Azərbaycanın dünyada qalib, suveren, azad və ərazi bütövlüyünü tam təmin etmiş dövlət kimi tanındığı bir məqamda xəyanətdən başqa heç nəyi ifadə etmir. Son, Rusiyaya ünvanladığı məktubun üzə çıxması isə onun nə qədər dövlətçiliyimizə, dövlət başçımıza və xalqımıza düşmən mövqedə olduğunu sübuta yetirir. Özünün də qeyd etdiyi kimi 50 nəfərdən ibarət heyəti elə Peykanlı qəbirstanlığındakılara bənzəyir. Və sözsüz ki, hamısı bir-bir aşkar edilib, qanun qarşısında cavab verəcək. Yox əgər, hansısa artistlik edib özünü xəstəliyə vurarsa, yaddaşını itirib kimi bəhanələrə əlatarsa bu da işə yaramayacaq. Çünki rol oynamaq yuxarıda da adını çəkdiyimiz filmdə qaldı.
Belə yerdə Kələntər dayının məşhur deyimi yada düşür:
Hamam-hamam içində,
Xəlbir saman içində.
Dəvə dəlləklik edər,
Köhnə hamam içində.
Ramidə Allahverdiyeva, publisist
Chosen
16
news365.az

1Sources