EN

NATO Ukraynanın silahlanmasına əlavə 15 milyard dollar ayıracaq

Almaniyanın Deutsche Welle qəzeti xəbər verir ki, NATO bu il Ukraynanın silahlanması üçün əlavə 15 milyard dollar ayırmağı planlaşdırır. Vətəninfo.az xəbər verir ki,bu barədə  ABŞ-ın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Metyu Uitaker  açıqlama verib.

Ayrılacaq vəsaitin bir hissəsi, konkret olaraq 2 milyard dollar, PURL (Ukrayna üçün Prioritet Tələblər) proqramı çərçivəsində Amerika silahlarının alınmasına sərf ediləcək. Ukrayna özü prioritet ehtiyaclarının siyahısını hazırlayır və bu satınalmaların maliyyələşdirilməsi NATO üzv ölkələri və alyansın tərəfdaşları tərəfindən təmin olunur.

Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 17-də bildirmişdi ki, ölkə PURL proqramı çərçivəsində artıq 2 milyard dollardan çox məbləğ alıb və ilin sonuna qədər 3-3,5 milyard dollar daha alacağına ümid edir. Bu vəsait, xüsusilə Patriot hava hücumundan müdafiə sistemləri və HIMARS raket sistemləri üçün raketlərin alınmasında istifadə ediləcək.

Chosen
20
veteninfo.az

1Sources