EN

100 dən çox ölkədə var: Azərbaycanda da olacaq Avtobuslarla bağlı YENİLİK

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) marşrut avtobuslarının gəlmə vaxtını göstərən tətbiqi test edir. Bu məlumat vətəndaşlar arasında birmənalı qarşılanmayıb. Bəziləri bildirirlər ki, Bakıda onsuz da yollar tıxacdı, avtobuslar yarım saat belə gecikir, tətbiqdə dəqiq vaxtın qeyd olunması müəmmalıdır. Digərləri isə düşünürlər ki, sırf bu tətbiqdən sonra avtobusların intervalı qaydasına düşə bilər.

Bu, nə dərəcədə mümkündür? Yeni tətbiq nələri dəyişəcək?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, belə bir mobil tətbiqinin yaradılması sərnişinlər üçün faydalıdır.

Onun sözlərinə görə, bu, sadəcə vaxtı deyil, həm də avtobusların harada olduğunu göstərən sistemdir:

“Belə bir sistemin olması təqdirəlayiqdir. Hətta bu, çoxdan olmalı idi. Hansısa əks effektinin olacağını düşünmürəm.Tətbiq istifadəyə verilərsə, dayanacağa gələn sərnişin avtobusun hansı istiqamətdə hərəkət etdiyini biləcək. Bununla da, vətəndaşın öz işini düzgün planlaşdırması mümkün olacaq”.

Eldəniz Cəfərov

Ekspert daha bir detala diqqət çəkib:

“Bu, həm də ictimai nəqliyyatın avtobus seqmentini vətəndaşlar üçün cəlbedici edəcək. Fikrimcə, belə sistem insanların şəhər mühitində fərdi nəqliyyat vasitələrindən az istifadə etməsinə imkan yaradacaq”.

Qeyd edək ki, dünyada 112-dən çox ölkədə və 3500-dən artıq şəhərdə avtobusların gəlmə vaxtını göstərən tətbiq fəaliyyət göstərir.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
79
1
globalinfo.az

2Sources