Bakı. Trend:
Hollandiyada keçirilən parlament seçkilərində son seçicifəallığı 76,3% təşkil edib.
Trend xəbər verirki, bu barədə NOS telekanalı məlumat yayıb.
Məlumata görə, bu göstərici 2023-cü ildəki seçkilərlə müqayisədəbir qədər aşağıdır — o zaman seçici fəallığı 77,75% olmuşdu.
Oktyabrın 29-da Niderlandda Baş Ştatların yeni İkinci Palatasına(parlamentin aşağı palatası) növbədənkənar seçkilər keçirilib.
Krallığın konstitusiyasına əsasən, səsvermə bir gün davam edib:9000-dən çox seçki məntəqəsi yerli vaxtla səhər saat 7:30-da açılıbvə axşam 21:00-da bağlanıb.
Bundan əlavə, xaricdə səs vermək üçün qeydiyyatdan keçmiştəxminən 135 min vətəndaş olub ki, bu da 2023-cü ildəki parlamentseçkiləri ilə müqayisədə dörddə bir çoxdur.
 
                        