EN

Pavel Durov yeni layihə təqdim edib

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Telegram" sosial şəbəkəsinin qurucusu Pavel Durov Dubayda keçirilən "Blockchain Life 2025" forumunda "Cocoon" adlı yeni layihəni təqdim edib.

Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, sözügedən layihə süni intellekt hesablamaları üçün mərkəzləşdirilməmiş şəbəkədir.

Qeyd olunub ki, tərtibatçılar öz infrastrukturlarına böyük pul qoymadan süni intellektdən istifadə edə biləcəklər. Layihədə iştirak edən videokartların sahibləri hesablama məhsuldarlığını onlara təqdim edəcəklər.

Durov bildirib ki, məlumatların emalı üçün sorğular şəbəkədə süni intellekt hesablamaları yerinə yetirən sərbəst videokartlar arasında paylanacaq, avadanlıq sahibləri isə bunun əsasında pul qazana biləcəklər.

O vəd edib ki, bu şəbəkədəki bütün məlumatlar şifrələnəcək, yəni heç kim kompüterlərin hansı məlumatları emal etdiyini görə bilməyəcək.

Layihənin noyabr ayında işə salınması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
1
oxu.az

3Sources