EN

Türkiyəyə gələn rusiyalı turistlərin sayı açıqlandı

2025-ci ildə Türkiyəyə gələn rusiyalı turistlərin sayı 7 milyona çata bilər.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç deyib.

“Daha bir vacib sahə turizmdir. 2024-cü ildə ölkəmizə 6,7 milyon rusiyalı turist gəlib. Bu il isə bu rəqəmin 7 milyona çatacağını gözləyirik”, - deyə diplomat bildirib.

Bilgiç həmçinin əlavə edib ki, Rusiyaya səfər edən türkiyəli turistlərin sayı hər keçən gün artmaqdadır.

Chosen
15
2
moderator.az

3Sources