EN

NATO Ukraynaya daha 15 milyard dollar dəyərində silah yardımı ayıracaq

NATO Ukraynaya daha 15 milyard dollar dəyərində silah yardımı ayıracaq

NATO Ukraynaya əlavə 15 milyard dollar dəyərində silah yardımı ayıra bilər.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, bu məbləğin 2 milyard dollarlıq hissəsi artıq bu il ayrılacaq.

AFN.az "Deutsche Welle"ə istinadən xəbər verir ki, yardım ABŞ silahlarının alınmasını nəzərdə tutan PURL (Prioritised Ukraine Requirements List — “Ukraynanın Prioritet Tələbləri Siyahısı”) proqramı çərçivəsində həyata keçiriləcək.

Proqrama əsasən, Ukrayna öz prioritet ehtiyaclarının siyahısını tərtib edir, silah və texnika üçün vəsait isə NATO üzvü ölkələr və alyans tərəfdaşları tərəfindən təmin olunur.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, PURL proqramı çərçivəsində ölkə artıq 2 milyard dollardan çox yardım alıb və ilin sonuna qədər bu məbləğin 3–3,5 milyard dollara çatacağını gözləyir. Bu vəsait hesabına xüsusilə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər və "HIMARS" reaktiv yaylım atəş sistemləri üçün sursatlar alınıb.

Chosen
46
afn.az

1Sources