EN

Spiker: Gürcüstan Azərbaycanla Ermənistan arasında tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını alqışlayır

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını və tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını alqışlayır”.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə Tbilisidə keçirilən rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz bölgəsində baş verən son proseslər böyük nikbinlik yaradır.

“Biz regiona yenilənmiş optimizmlə baxırıq. Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesini, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətindəki addımları tam dəstəkləyirik”, – Ş. Papuaşvili söyləyib.

Spiker qeyd edib ki, Gürcüstanla Türkiyə arasında strateji tərəfdaşlıq dövlətlərin bir-birinin müstəqilliyinə və suverenliyinə qarşılıqlı hörmətə əsaslanıb.

O, Gürcüstanın Türkiyə ilə parlamentlərarası əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb: “Bu ilin iyununda Türkiyəyə səfərim çərçivəsində həmkarım Numan Kurtulmuşla məhsuldar görüş keçirmişəm. Ümidvaram ki, türkiyəli həmkarım tezliklə Gürcüstana səfər edəcək”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
icma.az

2Sources