Bakı. Trend:
İsveçrə hökuməti Avropa Müdafiə Agentliyi ilə “yenilənmişsazişi” təsdiqləyib və Avropa İttifaqı ölkələri ilə hərbiəməkdaşlığın gücləndirilməsi kursunu davam etdirdiyini bəyanedib.
Bu barədə Trendxarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Avropa İttifaqı ilə müdafiə sahəsində əməkdaşlığıAvropada təhlükəsizliklə bağlı vəziyyətinin pisləşməsi səbəbindəndaha strateji səviyyəyə qaldırmaq niyyətindədir.
Yenilənmiş saziş Avropa İttifaqı Şurası tərəfindəntəsdiqləndikdən sonra qüvvəyə minəcək.