EN

Birol Akgün: Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə müasir dünyada prinsipial və təsirli bir aktora çevrilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 oktyabr, AZƏRTAC

Dünyanın bütün xalqları ilə barış və harmoniya içində yaşamaq Türkiyənin əsas məqsədlərdən biridir. Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı bu fikri ən gözəl şəkildə ifadə edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Bakıda Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

O bildirib ki, tarixi, coğrafiyası, mədəniyyəti və siyasi baxışı ilə gerçək bir ideal olan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə müasir dünyada son dərəcə müstəqil, prinsipial və təsirli bir aktora çevrilib: “Türkiyə həm siyasi, həm də iqtisadi baxımdan Avropa və ABŞ mərkəzli Qərb dünyasının güclü tərəfdaşlarından biridir. Bu güclü mövqe NATO alyansındakı təhlükəsizlik rolu və Avropa Şurası çərçivəsindəki əlaqələri ilə daha da möhkəmlənir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
63
1
azertag.az

2Sources