EN

Bakıda sürüşmələrin monitorinqi aparılıb, çatlar və çökmələr müəyyən edilib - FOTOLAR

Qaraçuxur qəsəbəsində sürüşmələrin monitorinqi aparılıb. Avtosfer.az xəbər verir ki, Coğrafiya İnstitutundan verilən xəbərə görə, Geomorfologiya və təbii risklər şöbəsinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində sürüşmələrin monitorinqini aparıblar. Mütəxəssislərin rəyinə görə, bu ərazidə sürüşmələrə səbəb olan əsas amil yamacın əsasının kəsilməsi və yamacın yuxarı hissəsində su və tullantı sularının nizamsız axmasıdır. İkinci sürüşmə sahəsi Yeni Günəşli yaşayış massivinin cənub-şərqində, Zığ-Hövsan yolunun kənarında yerləşir. Sürüşmələrin səbəbi antropogen fəaliyyətdir, yəni məişət və kanalizasiya sularının axıdılmasıdır. Fərdi yaşayış binalarının divarlarında və hasarlarda çoxsaylı çatlar və çökmə hadisələri müəyyən edilib.

Bakıda

Bakıda

Bakıda

Chosen
22
12
avtosfer.az

10Sources