EN

Azərbaycan Kuboku: “Qəbələ” və “Şamaxı” 1/8 finalda

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti görüşləri keçirilib.

Axar.az xəbər verir ki, "Mingəçevir"ə 5-1 hesabı ilə qalib gələn “Qəbələ” və "Səbail"i bir cavabsız qolla üstələyən “Şamaxı” 1/8 finala vəsiqə qazanıblar.

Bu mərhələnin son oyunu saat 19:00-da "Neftçi" və MOİK komandaları arasında olacaq.

Qeyd edək ki, daha əvvəl "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq", "Şəfa", “Sumqayıt", "Difai" və Şahdağ Qusar" 1/8 finala yüksəliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
8
axar.az

10Sources