EN

Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da AzərbaycanRespublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsrolunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədiləölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrininmüavini Sot Vonq ilə görüşüb.

Parlamentdən Trend-ə verilənməlumata görə, görüşdə Azərbaycan və Kamboca parlamentləri arasındaəlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker SahibəQafarova Azərbaycan üçün əhəmiyyət kəsb edən bu konfransda dostölkələrin parlament nümayəndə heyətlərinin iştirakını yüksəkqiymətləndirdiyini bildirib.

Kamboca Milli Assambleyası sədrinin müavini Beynəlxalq ParlamentKonfransının uğurlu təşkilini qeyd edərək, həm Xuon Sudarinin, həmdə Senatın sədri Hun Senin təbriklərini çatdırıb.

Söhbət zamanı, parlamentlərimiz arasında münasibətlərininkişafından məmnunluq ifadə olunub. Milli Məclisin sədri,Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası BaşAssambleyasının iclasında iştirak etmək üçün Kambocaya səfərini vəsəfər çərçivəsində keçirdiyi görüşləri, həmçinin Malayziyayaişgüzar səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədriXuon Sudari ilə görüşünü məmnunluqla xatırladaraq, bu təmaslarınparlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə töhfəverdiyini bildirib.

Qeyd olunub ki, parlamentlərimiz arasında 2022-ci ildəimzalanmış Anlaşma Memorandumu əlaqələrimizin daha da inkişafı üçünmühüm əsas yaradır və bu istiqamətdə yeni imkanlar mövcuddur.Tərəflər parlamentlərdəki dostluq qruplarının və müxtəlifkomitələrin əməkdaşlığının vacibliyini qeyd ediblər. Həmçinin,beynəlxalq parlament təşkilatlarında, o cümlədən, QoşulmamaHərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası vəCənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyasıçərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Məqalədə:
Chosen
16
15
az.trend.az

10Sources