Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb.
İfaçının Yalovadakı evinin terrasından yıxılaraq həyatını itirməsi hadisəsi ilə bağlı Güllünün qızı Tuğyan Ülkəm Gülter barəsində qətl ittihamı ilə cinayət işi açılıb.
Gülterin anası haqqında "Bu qadın ölməlidir" sözlərini yazdığı "WhatsApp" mesajları məhkəməyə dəlil kimi təqdim edilib.
Tuğyan Ülkəm Gülter məhkəmədə ifadə verərək sözügedən mesajların ona məxsus olduğunu etiraf edib, lakin ittihamları qəti şəkildə rədd edib. O, mesajları anası ilə mübahisə zamanı əsəbi halda yazdığını bildirib:
"Bəli, o mesajları mən yazmışam. Amma mən anamı öldürmədim."

Mətbuata sızan məlumatlara görə, Ferdi Aydının təqdim etdiyi yazışmalarda belə ifadələr yer alıb:
"Xahiş edirəm, bir şey edin. Bu qadın ölsün. Sizin çoxlu əlaqəniz var" .
Aydın, bu mesajların cinayətin planlaşdırıldığına dair sübut olduğunu iddia edib və məhkəməyə təqdim edib.
Yalova Respublika BaÅŸ ProkurorluÄŸu hadisÉ™ ilÉ™ baÄŸlı istintaqa baÅŸlayıb. RÉ™smi açıqlamalara É™sasÉ™n, mÉ™hkÉ™mÉ™ prosesi davam edir vÉ™ qÉ™ti qÉ™rar yaxın günlÉ™rdÉ™ verilÉ™cÉ™k.\\Milli.AzÂ