EN

“Barselona”nın aparıcı futbolçusu üç həftə oynamayacaq

Bakı, 29 oktyabr, AZƏRTAC

İspaniyanın “Barselona” komandasının futbolçusu Pedri üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçiyə sol bud əzələsinin distal hissəsində qopma diaqnozu qoyulub.

22 yaşlı oyunçu oktyabrın 26-da “Real Madrid”lə keçirilən “El Klasiko” matçında (2:1) zədə alıb.

Qeyd edək ki, Pedri bu mövsüm 13 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

 

Chosen
38
1
azertag.az

2Sources