“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Rodri Hernandeslə yeni müqavilə imzalamağı planlaşdırır.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq İngiltərə klubu ispaniyalı futbolçu ilə danışıqlara başlayıb.
Bildirilir ki, tərəflərin ilin sonunadək razılığa gələcəyi gözlənilir.
29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Mançester Siti”nin şərəfini qoruyur. O, cari mövsümdə komandanın heyətində 7 matçda meydana çıxıb.
Qeyd edək ki, Rodri 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülüb.