EN

Türkiyənin "Akkuyu" Atom Elektrik Stansiyası gələn ildən enerji istehsalına başlayacaq

BAKI, 29 oktyabr. TELEQRAF

Türkiyənin "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) ilk blokunun 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazir qeyd edib ki, "Akkuyu" 2026-cı ildən etibarən enerji istehsalına başlayacaq. Onun sözlərinə görə, layihənin istismara verilməsi əvvəlcə 2023-cü ilə planlaşdırılmışdı.

Bayraktar layihədəki gecikmələrin qismən Avropa ölkələrindən avadanlıq tədarükündə yaranan fasilələrlə əlaqədar olduğunu vurğulayıb.

Nazir daha əvvəl qeyd etmişdi ki, "Akkuyu" üçün “Siemens” şirkətindən sifariş verilən avadanlıqlar Rusiyaya qarşı sanksiyalar tətbiq edilməzdən əvvəl alınsa da, heç vaxt stansiyaya çatdırılmayıb. O, alman şirkətini müqavilə öhdəliklərini pozduğuna görə etibarsız təchizatçı adlandırıb.

Qeyd edək ki, "Akkuyu" AES Türkiyənin ilk atom elektrik stansiyası olacaq və onun inşası Rusiyanın “Rosatom” dövlət şirkəti tərəfindən həyata keçirilir.

Bayraktarın sözlərinə görə, "Akkuyu"nun dörd reaktoru şəbəkəyə qoşulduqdan sonra stansiya Türkiyənin enerji tələbatının təxminən 10 faizini qarşılayacaq.

Chosen
48
teleqraf.com

1Sources