EN

Azərbaycan səfirliyi Montoneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyi üçün zəruri tədbirlər görür

Bakı. Trend:

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyivə Monteneqrodakı diplomatik ofisi Monteneqronun paytaxtıPodqoritsa şəhərində baş vermiş və Türkiyə vətəndaşlarının və birnəfər Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnəniğtişaşlar ilə əlaqədar yayılan məlumatları diqqətlə izləyir.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının SerbiyadakıSəfirliyindən məlumat verilib.

"Səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan vəçalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcədə onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədiləzəruri tədbirlər görür.
Bir nəfər vətəndaşımızın saxlanılması ilə bağlı Monteneqrohüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələdiplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.

Monteneqro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycanvətəndaşlarına müraciət edərək, ictimai asayişin qorunması vəmümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansıkütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyintələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdəsəfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyəedirik",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Chosen
17
25
az.trend.az

10Sources